21 Fevral 2025, 12:18
FUTBOL
“Milan” rəhbərliyi baş məşqçi postunda növbəti dəyişikliyi etmək niyyətindədi. Matc.az xəbər verir ki, “rossonyerlər” Mauritsio Sarri ilə danışıq aparırlar.
İtalyan mütəxəssis yeni mövsümdən “Milan”ın baş məşqçisi postuna keçə bilər.
Hazırda “Milan”ın baş məşqçi postunu portuqaliyalı mütəxəssis Serjio Konseysao tutur. Komanda onun rəhbərliyi altında Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, “Milan” İtaliya çempionatında isə 7-ci pillədə qərarlaşıb.