21 Fevral 2025, 15:15
FUTBOL
Oyun millimizin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Beləliklə, yığmamız turniri 4-cü yerdə başa çatdırıb.
17 yaşadək futbolçulardan ibarət yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununa çıxıb. Matc.az xəbər verir ki, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun millimizin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Beləliklə, yığmamız turniri 4-cü yerdə başa çatdırıb.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) uduzub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.