21 Fevral 2025, 16:18
FUTBOL
Futzal hakimlərimiz beynəlxalq matça təyinat alıblar. Matc.az xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın III qrupunda keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcək.
Qarşılaşma martın 12-də Ərzincan şəhərində baş tutacaq və saat 17:00-da start götürəcək.
Oyunun hakim-inspektoru xorvatiyalı İvan Novak olacaq.