21 Fevral 2025, 17:07
FUTBOL
“Milan” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Rafael Leaonu satmağa qarşı deyil. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Leao ilə iki klub uzun müddətdi ki, yaxından maraqlanırlar. Bunlar “Barselona” və “Çelsi”di. “Milan” rəhbərliyi bu təklifləri nəzərə alaraq, Leaonun transfer qiymətini açıqlayıb. Portuqaliya yığmasının üzvünü heyətinə qatmaq istəyən klub 75 milyon avro xərcləməlidi.
Qeyd edək ki, Leao “Milan”ın heyətində cari mövsümdə 35 oyunda 9 qola imza atıb.