Püşkatma mərasimində 1/8 final cütləri bəlli olub.

UEFA Konfrans Liqasında 1/8 finalın püşkü atılıb. Matc.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatma mərasimində 1/8 final cütləri bəlli olub:

"Betis” (İspaniya) - “Vitoriya” (Portuqaliya)

“Selye” (Sloveniya) - “Luqano” (İsveçrə)

“Borats” (Bosniya və Herseqovina) - “Rapid” (Avstriya)

“Molde” (Norveç) - “Legiya” (Polşa)

“Yagelloniya” (Polşa) - “Serkl Brügge” (Belçika)

“Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya)

“Pafos” (Kipr) - “Yurqorden” (İsveç)

“Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 6-13 martda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest