Qarşılaşmaların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.

Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmaların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest