19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Matc.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gəlib.

Eqnatiyada yerləşən "Rrogozhine" stadionunda təşkil olunan qarşılaşma Albaniya seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda son oyununu fevralın 24-də Monteneqro millisinə qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest