"Real" Dortmund "Borussiya"sının 20 yaşlı cinah oyunçusu Ceymi Bayno-Gittensə maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə məluatı "Relevo" paylaşıb.
Bildirilir ki, ingilis futbolçunu almaq uğrunda mübarizədə "Mançester Siti" və "Çelsi" Madrid klubu ilə rəqabət apara bilər. Bu klubların cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyinə ümid bəslədikləri, bunun nəticəsində Bayno-Gittensin transferini daha asan reallaşdıracağı vurğulanır.
Qeyd edək ki, Ceymi bu mövsüm hücumçu bütün turnirlərdə 34 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. 20 yaşlı cinah oyunçusunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.