21 Fevral 2025, 23:41
FUTBOL
İdman Arbitraj Məhkəməsi (CAS) İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin FİFA-nın onu 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırmaq qərarına verdiyi şikayəti rədd edib.
Matc.az xəbər verir ki, CAS komissiyası müəyyən edib ki, Rubialesin dünya çempionatının finalından sonra davranışı FİFA-nın nizam-intizam kodeksinin çoxsaylı və ciddi pozuntularını təşkil edir. Ona görə də sanksiyaları qeyri-mütənasib hesab etmək üçün heç bir əsas yoxdur. Apellyasiya şikayəti təmin edilməyib və mübahisəli qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, Luis Rubialesin 2023-cü il dünya çempionatının finalından sonra İspaniya millisinin futbolçusu Cennifer Hermoso ilə öpüşünə görə bu qərar verilib.