22 Fevral 2025, 00:15
FUTBOL
Türkiyə Superliqasında XXV tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Beşiktaş" səfərdə "Eyüpspor" üzərində inamlı qələbə qazanıb. "Bodrumspor" isə doğa meydanda "Hatayspor"u məğlub edib.
Qeyd edək ki, tura 24 fevralda yekun vurulacaq.
Türkiyə Superliqası
XXV tur
21 fevral
"Eyüpspor" – "Beşiktaş" - 1:3
Qollar: Mor, 1 // Silva, 18, Raşitsa, 45+2, Kılıçsoy, 60
"Bodrumspor" – "Hatayspor" - 1:0
Qol: Puşkaş, 41