"Mançester Yunayted" 27 yaşlı cinah yarımmüdafiəçisi Markus Raşfordu "Bavariya"nın 20 yaşlı yarımmüdafiəçisi Aleksandar Pavloviçin transferində müqaviləyə daxil etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə əlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar" alman futbolçunu yaxın illərdə onun ətrafında komanda qura biləcəkləri fiqur kimi görürlər. "Bavariya" Raşfordu Pavloviçə dəyişməyə razı olsa da, Mançetser klubunə əlavə məbləğ ödəməli olacaq.
Qeyd edək ki, Pavloviç bu mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. 27 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.