"Liverpul" "Tottenhem"in 23 yaşlı mərkəz müdafiəçisi Miki van de Venlə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirilir ki, mersisaydlılar 33 yaşlı Vircil van Deykin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda mərkəzi müdafiəni gücləndirmək istəyirlər.

Qeyd edək ki, Miki Van de Ven bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 2 məhsuldar ötürmə edib. 23 yaşlı mərkəz müdafiəçisinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest