22 Fevral 2025, 11:40
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo mümkün zədələrin qarşısını almaq üçün xüsusi genetik analizdən keçib. Bu araşdırma sayəsində Kataloniya klubunun məşqçilər korpusu futbolçunun səhhətinə dəyən zərəri minimuma endirmək üçün məşq proqramını tənzimləyə biləcək.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, "Barselona" komandanın digər oyunçularının da bu genetik analizdən keçməsini istəyir. Üstəlik, belə bir prosedurdan keçmə prosesi sadələşdirilib, çünki əvvəllər bu test yalnız Amerikanın Baltimor şəhərindəki laboratoriyalarda edilə bilərdi, indi isə İspaniyada da aparıla bilər.