"Mançester Yunayted" rəhbərliyi son həftələrdə klub və onun yeni sahibləri ilə bağlı ortaya çıxan bir sıra neqativ xəbərlərdən narazıdır. Bununla bağlı "qırmızı şeytanlar"ın baş direktoru Ömər Berrada klubun fəaliyyəti ilə bağlı məlumatları açıqlayan əməkdaşları işdən çıxarmaqla hədələyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Teleqraf.com" paylaşıb.

Bildirilir ki, Berrada "Mançester Yunayted"in işçilərinə bu barədə elektron məktub göndərib.

"Klub haqqında məlumatı ondan kənarda açıqlayan hər kəs məxfiliyi qorumaq öhdəliyini pozmuş olur. Bunun ciddi pozuntu kimi qiymətləndiriləcəyini açıqlayırıq. Klubun və onun əməkdaşlarının müdafiəsi üçün əlavə tədbirlər görülür. BU tədbirlər gələcəkdə baş verəbiləcək məxfilik pozuntularının qarşısını almaq və buna səbəb olanları müəyyən etmək üçün lazımdır", - deyə məktubda qeyd edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest