"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hücumçu Erlinq Haalandın zədə səbəbindən İngiltərə çempionatının "Liverpul"la 26-cı tur qarşılaşmasını buraxa biləcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, Qvardiola Haalandın əlavə testlərdən sonra vəziyyətinə tam aydınlıq gələcəyini deyib:

"Hazırda Haalandın oynayıb-oynamayacağını dəqiq deyə bilmərəm. Biz məşq edəcəyik, o, əlavə testlərdən keçəcək və hər şey aydınlaşacaq".

Qeyd edək ki, norveçli futbolçu "Nyukasl"la oyunda zədələnib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest