"Santos"un cinah oyunçusu Neymar dəbdəbəli avtomobil kolleksiyasını Braziliyaya apara bilmir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, Neymarın ölkəsindən kənarda lüks avtomobil kolleksiyası var. Braziliyalı futbolçunun avtomobil parkına "Rolls-Royce Ghost", "Aston Martin DBX", "Bentley Continental GT", "Lamborghini Huracan" kimi modellər və dörd "Mercedes-Benz G-Class" avtomobili daxildir. O, ən yaxşı və ən bahalı avtomobillərindən bəzilərinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda olarkən alıb.

Lakin hazırda Neymarın superkarlarını sürmək imkanı yoxdur. Yerli qanunlar sənayeni qorumaq və haqsız rəqabətdən qaçmaq üçün ili köhnə avtomobillərin idxalını məhdudlaşdırır. Yalnız 30 yaşdan yuxarı, artıq kolleksiya kii nəzərdə tutulan avtomobillərin idxalına icazə verilir.

Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində bütün turnirlərdə 7 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında 33 yaşlı futbolçunun dəyəri 15 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest