"Arsenal" və "Liverpul" klubları "Barselona"nın 27 yaşlı yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TBR Football" paylaşıb.

Bildirilir ki, İngiltərə nəhəngləri niderlandlı futbolçunun gələn yay mümkün transferini müzakirə etmək üçün artıq Kataloniya klubu ilə əlaqə saxlayıb.

Qeyd edək ki, de Yonq bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. 27 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest