Qarşılaşmadan sonra baş hakim Marko Antonio Ortiz Nava Messiyə yaxınlaşıb və əlil qohumu üçün avtoqraf istəyib. Bu davranışına görə meksikalı hakimə qarşı intizam tədbiri görülüb.
"İnter Mayami" KONKAKAF Çempionlar Kubokunun ilk tur qarşılaşmasında "Kanzas Siti"ni minimal hesabla məğlub edib. Oyunda yeganə qolu Lionel Messi vurub.
Matc.az xəbər verir ki, qarşılaşmadan sonra baş hakim Marko Antonio Ortiz Nava Messiyə yaxınlaşıb və əlil qohumu üçün avtoqraf istəyib.
Hərəkətləri konfederasiyanın oyun rəsmilərinin davranış kodeksinə və bu cür tələblərlə bağlı mövcud prosedurlara uyğun gəlmədiyi üçün meksikalı hakimə qarşı intizam tədbiri görülüb.
İntizam tədbirinin dəqiq mahiyyəti açıqlanmasa da, hakimin hərəkətlərinə görə bütün məsuliyyəti öz üzərinə götürdüyü və protokolun pozulmasına görə üzr istədiyi bildirilir.