"Real" "Bayer"in baş məşqçisi Xabi Alonsoya təklif göndərməsiylə bağlı yayılan xəbərləri təkzib edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Madrid klubu Karlo Ançelottiyə güvənir və onun rəhbərliyi altında yenidən Çempionlar Liqasını qazanmaq istəyir.

Tezliklə Alonsonun gələcəyi ilə bağlı Leverkuzen rəhbərliyi görüşün baş tutacağı gözlənilir. Bu görüşün mart ayında təşkil olunması ehtimalı var.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Alonsonun cari mövsümün sonunda "Real"ın baş məşqçisi postunda Ançelottini əvəz edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest