22 Fevral 2025, 17:28
FUTBOL
"Barselona" maaş limitinin artırılmasını təmin etdikdən sonra "Liverpul"un vingeri Luis Diazın transferinə daha çox maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, Kataloniya klubu maaş limitini 37 milyon avro artıraraq 463,642 milyon avroya çatdırıb. Bu, "Barselona"ya transfer bazarında daha sərbəst hərəkət etmək imkanı verir.
İspaniya nəhənginin yay üçün prioritet transfer hədəfi Diaz olaraq qalır.
Qeyd edək ki, bu mövsüm Diaz bütün turnirlərdə 36 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. 28 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 85 milyon avrodur.