22 Fevral 2025, 20:12
FUTBOL
İtaliyanın "Atalanta" klubunun baş məşqçisi Can Pyero Qasperini 2026-cı il iyunun 30-da başa çatacaq müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandadakı gələcəyi ilə bağlı qərarı mövsümün sonunda verəcəyini deyib:
"Hər şeyin başlanğıcı və sonu var. Mövsümün sonunda bilinəcək, müqaviləmin sonuna qədər qalmalıyam, yoxsa mövsümün sonunda klubu tərk etməliyəm".
Qeyd edək ki, Qasperini 2016-cı ildən "Atalanta"da çalışır. Bu müddət ərzində İtaliya klubu 2023/2024 mövsümündə Avropa Liqasının qalibi olub və üç dəfə İtaliya çempionatında bürünc medal qazanıb.
Cari mövsüm keçirilən 25 matçdan sonra Atalanta 51 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.