22 Fevral 2025, 21:41
FUTBOL
"Liverpul"un müdafiəçisi Vircil van Deyk klubla müqaviləsini uzada biləcəyini açıqlayıb.
Matc.az xəbər verir ki, van Deyk komandada qalmaq istədiyini ifadə edib:
"Mən "Liverpul"un rənglərinə sadiqəm, bu klubu və azarkeşləri sevirəm. Hələlik konkret bir şey deyə bilmərəm, yəqin ki, ortaq razılıq əldə edəcəyik".
Xatırladaq ki, niderlandlı futbolçu ilə klub arasında mövcud müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 33 yaşlı futbolçu 2018-ci ildən "Liverpul"da çıxış edir və onun transfer dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.