23 Fevral 2025, 10:45
FUTBOL
"Real" 39 yaşlı yarımmüdafiəçi Luka Modriçin müqaviləsini 2026-cı ilə qədər uzatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Şira məlumat verib.
Bildirilir ki, Modriç özü də Madrid klubunda qalmaq niyyətindədir. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatından əvvəl oyun praktikasının olmasını istəyir.
Qeyd edək ki, xorvatiyalı futbolçunun hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir.
Modriç 2012-ci ildən "Real"ad çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 573 matçda iştirak edib, 42 qol vurub və 92 məhsuldar ötürmə edib.