"İnter Mayami" ev oyununda "Nyu-York Siti" ilə üzü-üzə gəlib.

Matc.az xəbər verir ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi iki məhsuldar ötürmə edib. 5-ci dəqiqədə onun ötürməsi ilə meydan sahiblərinin mərkəz müdafiəçisi Tomas Aviles hesabı açıb. Görüşün 90+10-cu dəqiqəsində isə Telasko Seqoviyaya dəqiq ötürmə verən Messi komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, oyunda hesabı açan Tomas Aviles qarşılaşmanın 23-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest