23 Fevral 2025, 11:08
FUTBOL
"Mançester Yunayted" bu mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən hücumçu Viktor Osimhen üçün "Napoli"yə 75 milyon avro ödəməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Napoli Magazine" məlumat yayıb.
Bildirilir ki, nigeriyalı futbolçunun neapolitan klubuna qayıtdıqdan sonra yayda satılma ehtimalı 95 faizdir.
Osimhenin həftəlik 200 min funt-sterlinqdən çox olduğu təxmin edilən maaşı "qırmızı şeytanlar" üçün problem ola bilər. Bundan əlavə, "Mançester Yunayted" kuboklar uğrunda mübarizə aparmaq və Çempionlar Liqasında oynamaq istədiyən forvardı heyətinə qatmaq üçün, onu razı salmalıdır.