"Real" "Liverpul"un 33 yaşlı mərkəz müdafiəçisi və kapitan Vircil van Deyki transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TBR Football" paylaşıb.

Bildirilir ki, Madrid klubu "mersisaydlılar"la müqaviləsi yayda başa çatacaq niderlanlı futbolçunun pulsuz keçidini müzakirə etməyə hazırdır.

33 yaşlı müdafiəçi ilə Madird "Atletiko"su, "Bavariya" və PSJ-nin də maraqlandığı vurğulanır.

Qeyd edək ki, van Deyk bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest