Qarşılaşmanın baş tutacağı təqdirdə, canlı yayımlanması mümkün olmayacaq. Şamaxıya yollanan "CBC SPORT"un avtomobilləri mənzil başına çata bilməyərək geri qayıdıb.

Bu gün Misli Premyer Liqasının XXIV turunda keçirilməli olan "Şamaxı" – "Turan Tovuz" qarşılaşması təxirə salına bilər.

Matc.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəratinin olmasıdır.

Qarşılaşmanın baş tutacağı təqdirdə, canlı yayımlanması mümkün olmayacaq. Ölkə ərazisində yağan güclü qar və yolların buz bağlaması səbəbiylə, Şamaxıya yollanan "CBC SPORT"un avtomobilləri mənzil başına çata bilməyərək geri qayıdıb.

Qeyd edək ki, 23 oyundan sonra  21 xalı olan "Şamaxı" turnir cədvəlinin 8-ci sırasındadır. Aktivində 39 xalı olan "Turan Tovuz" isə 4-cü sırada qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest