23 Fevral 2025, 12:38
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola onun rəhbərliyi altında klubun əldə etdiyi uğurların vacibliyini vurğulayıb.
Matc.az xəbər verir ki, Qvardiola "Liverpul"la oyunqabağı iddialı açıqlama verib.
"Heç kim İngiltərə Premyer Liqasında 100 xal toplayıb, ardıcıl dörd dəfə çempion ola bilməz. Nə qədər ki, mən həyatdayam bu olmayacaq".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın 2017/2018 mövsümündə aktivinə 100 xal yazdıra bilib. Həmçinin, 2020/2021 mövsümündən ardıcıl olaraq 4 dəfə İngiltərə çempionu olublar.
Bu gün Qvardiolanın komandası İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində "Liverpul"la qarşılaşacaq.