23 Fevral 2025, 12:59
FUTBOL
"Tottenhem"in hücumçusu Son Heunq-min komandasını dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Fichajes" paylaşıb.
Bildirilir ki, 32 yaşlı futbolçunun transferində "Mançester Yunayted" maraqlıdır. Cənubi koreyalı hücumçunun keçidi yay "transfer pəncərəsi"ndə tamamlana bilər.
Qeyd edək ki, Heunq-minin "Mançester Yunayted" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.