"Real"ın qapıçısı Tibo Kurtua Belçika millisi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Kurtua yenidən millinin formasını geyinmək istədiyini deyib:

"Bir il yarımdır ki, milli komandada oynamıram. "İndi qayıtmağa hazıram".

Xatırladaq ki, Kurtua Domeniko Tedesko ilə konfliktə görə ölkə millisində oynamayıb. Almaniyalı mütəxəssis artıq millinin baş məşqçi postunu tərk edib və onun yerinə Rudi Qarsiya təyin olunub.

Cari mövsümdə Kurtua "Real"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 35 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında 32 yaşlı futbolçunun dəyəri 25 milyon avrodur.

Belçika millisi martın 20-də UEFA Millətlər Liqası çərçivəsində Ukrayna millisi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest