"Feyenoord"un sabiq hücumçusu Robin van Persi komandanın baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Robin van Persi əvvəllər "Feyenoord"un gənclər komandalarında çalışıb və "Heerenven"ə rəhbərlik edib.

Qeyd edək ki, 23 oyundan sonra "Feyenoord" 43 xalla Niderland çempionatının turnir cədvəlində üçüncü yerdədir. Turnir cədvəlinə 54 xalla "Ayaks" başçılıq edir.

Növbəti turda Van Persinin yetirmələri "Nieymegen"lə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest