23 Fevral 2025, 15:06
FUTBOL
İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Real" ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, qrumun rəhbəri hakimlikdən tez-tez şikayət etdikləri üçün Madrid klubunu tənqid edib:
"Son həftələrdə hakimlərlə bağlı çoxlu mübahisəli vəziyyətlər olub. "Real" və onun televiziyası bunun ətrafında mübahisələr yaradır, yalan fikirlərlə bütün futbolu şübhə altına alır. Bütün klublar şikayətlənir, amma Madriddə buna xüsusi diqqət yetirirlər.
Həmişə ağlayan klub olan "Real"ın davranışı ilə razılaşmayan çoxlu madridlilər tanıyıram. Onlar bu həftə sonu ağlayacaqlar və gələn həftə sonu da ağlayacaqlar. Bütün bunların günahını isə onlara qarşı edilən "təxribatın" üstünə atacaqlar".