"Barselona" Türkiyə millisinin və "Yuventus"un 19 yaşlı cinah oyunçusu Kənan Yıldızla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu hazırda türk futbolçunun transfer imkanlarını araşdırır. "Yuventus" gənc futbolçu üçün ciddi məbləğdə pul tələb etmək istəyir. "Qoca sinyora"nın Yıldız üçün 80 milyon avroluq təklifi nəzərdən keçirməyə hazır olduğu vurğulanır. "Barselona" 19 yaşlı hücumçunu ala bilmək üçün bir neçə futbolçunu satmalıdır.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. 19 yaşlı cinah hücumçusunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest