23 Fevral 2025, 17:18
FUTBOL
Meydançada şərtlər uyğun olmasa da hər iki komanda üçün eyni idi. Asan deyildi. Çox çətin mübarizə oldu.
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 24-cü turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
Matc.az xəbər verir ki, o, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da hər iki komanda üçün eyni idi. Asan deyildi. Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqların göstərdikləri xarakterə görə çox şadam. Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq".