23 Fevral 2025, 21:15
FUTBOL
"Betis"də icarə əsasında çıxış edən "Barselona"nın hücumçusu Vitor Roke Braziliya çempionatına qayıda bilər.
Matc.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə "Palmeyras" maraqlanır.
Vitor Roke əvvəllər Braziliyada "Kruzeyro" və "Atletiko Paranaense"də çıxış edib. Onun "Palmeyras"a transferi baş tutsa, "Barselona" 25 milyon avro alacaq.
Qeyd edək ki, bu mövsüm Vitor Roke La Liqada 21 oyun keçirib və 4 qol vurub.