08 Noyabr 2024, 14:19
FUTBOL
Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Ayaks”la keçirilən səfər oyunundan (0:5) sonra Təl-Əviv “Makkabi”sinin azarkeşləri hücuma məruz qalıb. Matc.az xəbər verir ki, hadisə Amsterdamda baş verib.
Qarşılaşmadan sonra İsrail klubunun azarkeşləri silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində bir neçə azarkeş xəsarət alıb. Bu hadisə ilə əlaqədar onlarla insan saxlanılıb.
İsrailin baş naziri Binyamin Netanyahu bununla bağlı bəyanatla çıxış edib. İsrail vətəndaşlarını ölkəyə qaytarmaq üçün Niderlanda iki təyyarə göndərməyi planlaşdırır.