“Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü yanvarda komanda ilə müqaviləsinə xitam verməyi düşünür.

Neymar artıq yeni klubunu da müəyyənləşdirib. 32 yaşlı futbolçu ilk klubu olan “Santos”a dönməyi planlaşdırır. Neymar Braziliya təmsilçisi ilə danışıq aparmağa hazırdı.

Qeyd edək ki, Neymar bu mövsüm “Əl-Hilal”ın heyətində 2 oyun keçirib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest