“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempardın işsiz günləri başa çata bilər. Matc.az xəbər verir ki, ingiltərəli mütəxəssisin Çempionşipdə çalışması gündəmdədi.

Çünki “Koventri Siti” onu baş məşqçi postuna gətirməyi planlaşdırır. Aşağı liqa təmsilçisi Mark Robinslə yenicə yollarını ayırıb. Bu vəzifəyə ən real namizəd də Lemparddı.

Qeyd edək ki, “Koventri Siti” hazırda Çempionşipdə 17-ci pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest