08 Noyabr 2024, 17:27
FUTBOL
“Qalatasaray”ın hücumçusu Viktor Osimxen Avropa Liqasında “Tottenhem”lə oyundan sonra gələcəyi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, Nigeriya millisinin lideri 3:2 hesabı ilə qalib gəldikləri görüşdə dubla imza atıb.
Ulduz futbolçu icarə əsasında “Qalatasaray”da çıxış etsə də, Türkiyə klubunda qalmaq istədiyini gizlətməyib: “Yanvarda getməyəcəyəm, mövsümün sonuna qədər “Qalatasaray”dayam. “Qalatasaray” və “Napoli”nin bu mövsümdən sonra nə danışacağını bilmirəm. Amma mənim yanıma gəlsələr, hər şeyi müzakirə edəcəyik. “Qalatasaray” çox bəyəndiyim yaxşı klubdu. Burada xoşbəxtəm”.
Qeyd edək ki, Viktor Osimxen bu mövsüm 8 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.