Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1 |
Nicat Mehbalıyev |
Sabah |
2 |
Rza Cəfərov |
Neftçi |
3 |
Aydın Bayramov |
Zirə |
4 |
Abbas Hüseynov |
Qarabağ |
5 |
Amin Seydiyev |
Sabah |
6 |
Rahil Məmmədov |
Radomiak Radom, Polşa |
7 |
Bəhlul Mustafazadə |
Qarabağ |
8 |
Zamiq Əliyev |
Eqnatia, Albaniya |
9 |
Bədavi Hüseynov |
Qarabağ |
10 |
Anton Krivotsyuk |
Daejeon Hana Siti, Cənubi Koreya |
11 |
Elvin Cəfərquliyev |
Qarabağ |
12 |
Coşqun Diniyev |
Bandırmaspor, Türkiyə |
13 |
Aleksey İsayev |
Qarabağ |
14 |
Xəyal Nəcəfov |
Turan Tovuz |
15 |
Ceyhun Nuriyev |
Zirə |
16 |
Mustafa Əhmədzadə |
Araz-Naxçıvan |
17 |
Səbuhi Abdullazadə |
Sumqayıt |
18 |
Emin Mahmudov |
Neftçi |
19 |
Toral Bayramov |
Qarabağ |
20 |
Ozan Can Kökçü |
HJK, Finlandiya |
21 |
Rüstəm Əhmədzadə |
Zirə |
22 |
Ramil Şeydayev |
Neftçi |
23 |
Mahir Emreli |
Nürnberq, Almaniya |
24 |
Nəriman Axundzadə |
Qarabağ |
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.