08 Noyabr 2024, 15:42
FUTBOL
“Mançester Yunayted” gələn yaya qədər “Old Trafford” stadionu ilə bağlı qərar verməyəcək. Matc.az xəbər verir ki, təxminən 500 min azarkeş arasında bununla bağlı sorğu keçirilib.
Nəticələr göstərib ki, təxminən 52% yeni stadionun, 31% “Old Trafford”un yenidən qurulmasının tərəfdarıdı, 17% isə hansı varianta üstünlük verəcəyinə əmin deyil. Yeni stadion tikilsə, klub “Old Trafford” ətrafında əlavə torpaq sahəsi almalıdı. Hazırda 40 hektar ərazini böyük dəmir yolu yük terminalı tutur.
Klub stadionun tikintisini müstəqil şəkildə ödəyəcək. Buna baxmayaraq, rəhbərlik hökumətin maliyyə imkanlarını da araşdırır.