MLS-də mövsümün ən yaxşı tapıntısı müəyyənləşib. Matc.az xəbər verir ki, “Los-Anceles Qalaksi”nin braziliyalı futbolçusu Qabriel Pek səsvermədə hər kəsi qabaqlayıb.

“Sambaçı” bu ilin yanvarında “Vasko da Qama”dan ABŞ klubuna keçib. “Los-Anceles Qalaksi” onun keçidinə 9,3 milyon avro xərcləyib.

Qeyd edək ki, Pek hazırkı komandasında buvaxtadək 38 oyunda aktivinə 19 qol və 18 assist yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest