08 Noyabr 2024, 01:18
FUTBOL
Azarkeş stadionda "Əl-Hilal"ın hücumçusu Neymarın üzüyünü oğurlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Arabia Saudita" nəşri məlumat yayıb.
İnsident Asiya Çempionlar Liqasında İranın "İstiqlal" komandası ilə oyunda (3:0) baş verib.
Belə ki, Neymar meydana çıxanda braziliyalı Səudiyyə klubunun azarkeşlərinə əlini uzadıb, onlardan biri isə oyunçunun xəbəri olmadan barmağından üzüyünü çıxardıb.
Hadisədən bir müddət sonra ərəb saytlarından birində 15 min avroya "Neymarın üzüyü" adlı zinət əşyalarının satışı ilə bağlı elan peyda olub.