Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi HİK klubu Konfrans Liqasının Liqa mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Finlandiya təmsilçisi Sloveniyanın “Olimpiya” klubunu qəbul edib.

Görüş HİK-in 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Ozan Can da matçın iştirakçısı olub. Start heyətində yer alan 26 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə, hesab 0:2 olarkən əvəzlənib.

Qeyd edək ki, HİK Konfrans Liqasının turnir cədvəlində 3 xalla 26-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest