07 Noyabr 2024, 21:34
FUTBOL
"Renn"in baş məşqçisi Julien Stefan ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə fransız klubunun rəsmi saytı məlumat yayıb.
Klub rəhbərliyi onunla yanaşı, məşqçilər korpusunun üzvləri də istefaya göndərib. "Renn" müvəqqəti olaraq ikinci komandanın çalışdırıcısı Sebastyen Tamburetə həvalə edilib.
Xatırladaq ki, 44 yaşlı Stefan Fransa millisinin məşqçilər korpusunda yer alan Qay Stefanın oğludur.
Julien Stefanın rəhbərliyi altında Liqa 1-in 10 turundan sonra cəmi 11 xal toplayan "Renn" turnir cədvəlində 13-cü yerdədir.