“Çelsi” 1971-ci ildən bəri ilk dəfə avrokubok oyununun bir hissəsində 6 qol vurub. Matc.az xəbər verir ki, İngiltərə klubu Konfrans Liqasının Liqa mərhələsinin III turunda Ermənistan təmsilçisi “Noah”ı 8:0 hesabı ilə məğlub edib.

Londonlular qarşılaşmanın birinci hissədə rəqibi 6 dəfə mərkəzə dəvət edib. Komanda sonuncu dəfə buna 1971-ci ildə Kuboklar Kubokunda nail olub. Komanda 53 il əvvəl “Jeness Oşarj”ı 13:0 hesabı ilə darmadağın etdiyi matçın ilk hissəsində 6 qol vurub.

Qeyd edək ki, “Çelsi” hazırda 9 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest