UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turunda Norveçin "Budo-Qlimt" komandasına qarşı keçirilən oyundan (1:2) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunla baqlı fikirlərini bildirib.
"Futbolçularımı təbrik edirəm. Uzaq yol gəlmişdik, üç oyundu qalib gəlmirdik və bütün amillərini nəzərə alanda futbolçuların üzərində basqı var idi. Oyundan əvvəl danışmışdıq ki, burdan mübarizəsiz ayrılmayacağıq və onlar bunu bacardılar. Dünən də "Budo-Qlimt" haqqda fikirlərimi bildirmişdim, çox yaxşı komandaya qalib gəldik. Norveçdə futbolun inkişafda olmasının bu gün canlı şahidi olduq. Belə bir gündə, Zəfər Günündə zəfər əldə etdik. Bütün azarkeşləri təbrik edirəm".
Qeyd edək ki, "Qarabağ" növbəti turda Bakıda Fransanın "Lion" klubunu qəbul edəcək.