08 Noyabr 2024, 13:50
FUTBOL
"Qalatasaray" klubunda ciddi itki baş verib. Matc.az xəbər verir ki, “sarı-qırmızılar”ın hücumçusu Mauro İkardi sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı forvard Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"lə keçirilmiş matçda (3:2) ağır zədə alıb.
İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. O, yaxın günlərdə əməliyyat edilməlidi. Bu isə İkardinin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı deməkdi.