"Milan"ın futbolçusu Alvaro Morata xəstəxanaya çatdırılıb.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

32 yaşlı hücumçu məşq vaxtı Strahinya Pavloviçlə toqquşub. O, başından xəsarət alıb.

Moratanın noyabrın 9-da keçiriləcək "Kalyari" ilə görüşü buraxacağı güman edilir.

Qeyd edək ki, Alvaro Morata bu mövsüm "Milan"ın heyətində 12 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest