"Fənərbaxça"ya rəhbərlik edən portuqaliyalı mütəxəssis Joze Mourinyo Eddi Hounun postunu tərk edəcəyi təqdirdə "Nyukasl"ın baş məşqçisi vəzifəsini yerinə yetirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" paytlaşıb.

Bildirilir ki, Mourinyo "Nyukasl"ı İngiltərədə işə qayıtmaq üçün ən yaxşı yer hesab edir. 61 yaşlı mütəxəssis vasitəçilərdən İngilis klubunun düşərgəsində baş verən hər hansı bir hadisə barədə onu məlumatlandırmalarını xahiş edib. Mourinyo İngiltərə klubunun idarə heyətinin sədri Yaser Əl-Rumayyanla da əlaqə saxlayır.

Lakin "Nyukasl"ın hazırkı baş məşqçisi Eddi Hounun postunu tərk etmək niyyətində olmadığı vurğulanır.

Qeyd edək ki, Premyer Liqanın 10 turundan sonra "Nyukasl" 15 xal toplayaraq 11-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest